İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

İndoneziyanın Qərbi Yava əyalətində dünən baş verən 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 268-ə yüksəlib.

1909371
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

İndoneziyanın Qərbi Yava əyalətində dünən baş verən 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 268-ə yüksəlib.

Qərbi Yava valisi Ridvan Kamil zəlzələdə həyatını itirənlərin sayının 268-ə yüksəldiyini açıqlayıb.

1083 adamın yaralandığı zəlzələdə 13 min adam didərgin düşüb, 151 nəfər itkindir, 2 min 200 ev dağılıb.

Bildirilib ki, axtarış-xilasetmə işləri davam edərkən, itki və yaralıların sayı arta bilər.

Xatırladaq ki, İndoneziyada 2018-ci ildə Sulavesi adasında baş verən 7,5 bal gücündə zəlzələ və sonrakı sunami nəticəsində 2000-dən çox insan ölüb, 4000-dən çox insan yaralanıb.



Әlaqәli Xәbәrlәr