NATO PA-nın 68-ci sessiyası öz işinə başlayıb

İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının 68-sessiyası öz işinə başlayıb.

1908104
NATO PA-nın 68-ci sessiyası öz işinə başlayıb

İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının 68-sessiyası öz işinə başlayıb.
NATO Parlament Assambleyasının sessiyasında alyansa üzv olan 30 ölkənin 269 parlamentarisi, 11 birgə nümayəndə heyəti və 8 müşahidəçi parlament nümayəndə heyətinin 100 deputatı iştirak edib.
Məlumata görə, Türkiyeni sessiyada 17 deputat təmsil edir.
Sessiya çərçivəsində  Ukraynaya dəstək, 28-30 iyun tarixlərində Madriddə keçirilən NATO Zirvə toplantısında qəbul edilən yeni strateji konsepsiya qərarlarının icrası, NATO-nun müdafiə və çəkindirmə səyləri, Rusiyanın təhdidlərinə cavab, kibertəhlükəsizlik, iqlim dəyişikliyi kimi mövzular müzakirə ediləcək.
NATO Parlament Assambleyasının 68-sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin parlamentarilərə videokonfrans vasitəsilə müraciət edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr