Hindistanda sərnişin avtobusu 500 metr hündürlükdən dərəyə aşıb

Məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

1908091
Hindistanda sərnişin avtobusu 500 metr hündürlükdən dərəyə aşıb

Hindistanın Uttarakhand əyalətində sərnişin avtobusu  dərəyə aşıb.
Məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Bildirilib ki, avtobus tutumundan çox sərnişin daşıdığı üçün aşıb. Məlumatda sərnişin avtobusun 500 metr hündürlükdən dərəyə aşdığı qeyd olunub.
Hadisə yerinə çox sayda ilkin tibbi yardım və xilasetmə qrupları göndərilib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hindistan Baş naziri Puşkar Sinq Dhami qəzada həyatını itirənlərə görə kədərləndiyini və ölənlərin ailələrinə maddi yardım ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr