Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Ukrayna prezidenti Volodimir Zelenski Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğana və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə taxıl sazişinin davam etdirilməsi ilə bağlı dünən verilən qərara görə təşəkkür edib.

1907700

Bu barədə Volodimir Zelenski öz teleqram kanalında yazıb. Volodimir Zelenski Türkiye, BMT, Rusiya və Ukraynanın qərarına əsasən uzadılan taxıl sazişi məsələsini qiymətləndirib.
Zelenski bildirib ki, taxıl sazişi sayəsində avqustun 1-dən bu yana 450-dən çox gəmi ilə Ukraynanın Odessa şəhərindəki limanlardan ümumilikdə 11 milyon ton ərzaq məhsulları ixrac edilib. Biz bunu inkişaf etdirmək üçün hər şey etdik və kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. BMT-nin Baş katibi Antonio Quterreşə, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm.
Volodimir Zelenski qlobal aclıq böhranının qarşısını almaq və taxıl sazişi ilə bağlı fəaliyyətləri genişləndirmək üçün danışıqlar apardıqlarını deyib. Ukrayna lideri həmçinin ABŞ, Almaniya, Yaponiya, Polşa və Belçika kimi ölkələrin sözügedən təşəbbüsdə iştirak etmək istədiklərini qeyd edib.
“Dünya birgə hərəkət etsə, aclığa qalib gələcək”,-deyə Ukrayna prezidenti vurğulayıb.
Dünən Rusiyanın Ukraynaya hava hücumları təşkil etdiyini deyən Volodimir Zelenski hücumlar nəticəsində 7 mülki vətəndaşın həyatını itirdiyini və bu sayın arta biləcəyini bildirib.
Ukrayna lideri qeyd edib ki, Rusiyanın Ukraynaya hücumları nəticəsində 10 milyondan çox insan işıqsız qalıb.

Әlaqәli Xәbәrlәr