Ukrayna İnfrastruktur Nazirliyi : “Taxıl sazişi” 120 gün müddətinə uzadılıb

Ukraynanın İnfrastruktur Nazirliyi  ''Taxıl sazişinin'' daha 4 ay uzadılacağını açıqlayıb.

1907448
Ukrayna İnfrastruktur Nazirliyi : “Taxıl sazişi” 120 gün müddətinə uzadılıb

Ukraynanın İnfrastruktur Nazirliyi  ''Taxıl sazişinin'' daha 4 ay uzadılacağını açıqlayıb.
Noyabrın 19-da başa çatacaq saziş üzrə danışıqlar davam edirdi.
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ''Taxıl sazişi''nin 120 gün uzadıldığını açıqlayıb.
İngiltərənin ''Reuters'' xəbər agentliyinin məlumatına görə, ukraynalı nazir qərarı  "qlobal ərzaq böhranı ilə mübarizədə mühüm addım" kimi qiymətləndirib.
Ukraynalı nazir məsələ ilə bağlı ətraflı məlumat verməyib.
Ötən gün Rusiya da taxıl sazişi ilə bağlı müəyyən irəliləyişin əldə olunduğunu açıqlayıb.

Xatırladaq ki, ''Taxıl sazişi'' iyunun 22-də Türkiyənin İstanbul şəhərində imzalanmışdı.



Әlaqәli Xәbәrlәr