ABŞ Nümayəndələr Palatasına nəzarət respublikaçılara keçir

ABŞ-ın Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün lazım olan 218 yeri əldə edib.

1907240
ABŞ Nümayəndələr Palatasına nəzarət respublikaçılara keçir

Məlumata görə, Respublikaçılar Nümayəndələr Palatasındakı 435 yerdən 221-ni əldə ediblər. Demokratların indiyədək Konqresin aşağı palatasında mandat sayı 214-ə çatıb.

Təxminən səkkiz yerdə qeyri-müəyyənlik qalır - Kolorado və Kaliforniya ştatlarının dörd əyalətində hesablamalar davam edir. Vaşinqton, Arizona, Alyaska və Nyu Yorkdakı seçki dairələrində nəticələr qeyri-müəyyən olaraq qalır.

Nümayəndələr Palatasına nəzarətin Respublikaçılar Partiyasına keçəcəyini CNN, "Fox News" və CBS də proqnozlaşdırır.

Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri noyabrın 8-də keçirilib. Əksər media və rəy sorğuları onların inamlı qələbəsini proqnozlaşdırsa da, respublikaçılar mülayim nəticələr göstəriblər.

Səslərin hesablanması davam edir.



Әlaqәli Xәbәrlәr