“G7” və NATO ölkələrinin liderləri Rusiyanın Ukraynaya endirdiyi raket hücumlarını pisləyib

“G7” və NATO ölkələrinin liderləri Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını pisləyib.

1907004
“G7” və NATO ölkələrinin liderləri Rusiyanın Ukraynaya endirdiyi raket hücumlarını pisləyib

“G7” və NATO ölkələrinin liderləri Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını pisləyib.

Amerika Birləşmiş Ştatları, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, İspaniya liderləri ilə Avropa İttifaqı  Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel İndoneziyanın Bali adasında keçirilən G-20 sammiti çərçivəsində  bir araya gəliblər.
Toplantıdan sonra G7 liderləri və NATO adından verilən bəyanatda bu ifadələrə yer verilib: “Çərşənbə axşamı Rusiyanın Ukrayna şəhərlərinə və mülki infrastruktura təşkil etdiyi  raket hücumlarını pisləyirik”. 

Liderlərin Polşanın Ukrayna ilə sərhədi yaxınlığında baş verən partlayışı da müzakirə etdikləri ifadə edilən bəyanatda liderlərin Polşaya mövzu ilə bağlı araşdırmalarında dəstək təklif etdikləri və istintaq davam edərkən Polşa ilə dialoqun davam etdiriləcəyi bildirilib.
Bəyanatda Ukraynaya dəstəyin davam etdiriləcəyi vurğulanıb. Bəyanatda həmçinin Polşada baş verən partlayışda həyatını itirən iki nəfərin yaxınlarına başsağlığı da verilib.



Әlaqәli Xәbәrlәr