ABŞ 3 İran və iki yük şirkətini sanksiya siyahısına daxil edib

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna müharibəsində istifadə etmək üçün İrandan aldığı kamikadze pilotsuz uçan aparatların (PUA) istehsalı və təhvil verilməsinə görə 3 İran şirkəti və iki nəqliyyat şirkətini sanksiya siyahısına daxil edib.

1906850
ABŞ 3 İran və iki yük şirkətini sanksiya siyahısına daxil edib

Dövlət katibi Antoni Blinken mövzu ilə bağlı açıqlama verib.

“İranın Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə, o cümlədən Tehranın Moskva tərəfindən mülki infrastrukturu və şəhərləri vurmaq üçün istifadə etdiyi dronları Rusiyaya çatdırmasına cavab olaraq İrana sanksiyalar tətbiq edirik. Sanksiya qərarı Dövlət katibliyi və Xəzinədarlıq tərəfindən qəbul edilib. İranın Rusiyaya tədarük etdiyi PUA-ları istehsal edən və onları Rusiyaya çatdıran 3 İran şirkətini sanksiyalar siyahısına əlavə etdik. Bunlar İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri, Mohajer-6 PUA istehsal edən Kuds Aerospace Industries və Rusiya qüvvələrinin Kiyev, Odessa və Xarkov vilayətlərinə son hücumlarda istifadə etdiyi Şahed-136 Kamikadze PUA-ları buraxan Şahed Aviasiya Sənayesi Araşdırma Mərkəzidir”.

İranın pilotsuz uçan aparatlarından istifadə edən Rusiyanın Özəl Təhlükəsizlik Şirkəti Vaqnerə də sanksiya tətbiq etdiklərini ifadə edən Blinken, siyahıya PUA-ların Vaqnerə satışında rol oynamış Abbas Cuma və Tiqran Xristoforoviç Srabionovun da daxil edildiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr