Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsini qiymətləndirib

NATO-nun baş katibi Yens Stoltenberq  Hollandiya baş nazirinin müavini və xarici işlər naziri Vopke Hoekstra və müdafiə naziri Kajsa Ollonqren ilə görüşüb.

1906384

Yens Stoltenberq görüşdən sonra jurnalistlərə bəyanatlar verib.
Stoltenberq Rusiyanın Xersondakı müdafiə xəttini Dnepr çayının sol sahilinə çəkməsinin Ukrayna üçün əldə edilən uğur olduğunu və Ukraynaya verilən dəstəyin davam etdirilməsi strategiyasını gücləndirdiyini bildirib.
Yens Stoltenberq  deyib: “Döyüşlərin çoxu masada sona çatır, amma masada olan hər şey döyüş meydanında olanlara bağlıdır''.
NATO-nun Baş katibi tərəflər arasında mümkün danışıqların baş verəcəyi təqdirdə NATO-nun mövqeyinin necə olacağı ilə bağlı deyib: "Ukraynanın qəbul edəcəyi məqbul şərtlər olarsa dəstəkləyəcəyik. Müharibənin bədəlini Ukrayna xalqı ödəyir. Bu səbəbdən ukraynalılar danışıqlara nə vaxt və hansı şərtlərlə başlayacağına qərar verməlidir" 
Yens Stoltenberq Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini də vurğulayıb.

Әlaqәli Xәbәrlәr