Şarl Mişel: ''Aİ türk xalqının yanındadır''

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel terrora qarşı birgə mübarizənin vacibliyini vurğulayıb və Aİ-nin İstanbulda törədilən terror aktı ilə bağlı türk xalqının yanında olduğunu bildirib.

1906398

Şarl Mişel İndoneziyanın ev sahibliyi ilə Bali adasında keçirilən 17-ci G-20 Liderlər sammiti çərçivəsində  keçirilən mətbuat konfransında çıxış edib.

Şarl Mişel İstanbulda  törədilən  terror aktı ilə bağlı deyib: “Törədilən hücumdan dərhal sonra Avropa İttifaqı adından türk xalqına başsağlığı və dəstəyimizi çatdırdıq. Bu, terrora qarşı mübarizəmizin birgə mübarizə olduğunu göstərir''.

Terrora qarşı birgə mübarizənin əhəmiyyətinə diqqət çəkən Şarl Mişel 
mümkün hücumların qarşısını almaq üçün bütün səviyyələrdə kəşfiyyat bölmələri arasında əməkdaşlığın təmin edilməsinin vacibliyini vurğulayıb.

Şarl Mişel deyib: ''Hər yerdə terrora qarşı mübarizənin və əməkdaşlığın təmin edilməsini istəyirik. Avropa İttifaqının bu mövzuda çox sərt mövqeyi var''.

Әlaqәli Xәbәrlәr