C.Bayden və S.Cinpin dövlət başçıları kimi ilk dəfə görüşdülər

Ağ Evin nümayəndələri bəyan ediblər ki...

1906271
C.Bayden və S.Cinpin dövlət başçıları kimi ilk dəfə görüşdülər

 

  “Böyük iyirmilik” qrupunun ənənəvi zirvə görüşü 2022-ci ildə İndoneziyanın Bali adasında keçirilir.

  Sammit zamanı ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin dövlət başçıları kimi ilk dəfə görüşüblər. Bu, siyasətçilərin danışıqları həm ABŞ-da, həm də Çində mühüm daxili siyasi hadisələrdən – ABŞ Konqresinə aralıq seçkilərdə demokratların gərgin mübarizəsindən və Çin Kommunist Partiyasının razılığı ilə Si Cinpinin üçüncü müddətə sədrliyi təmin ediləndən sonra baş tutub.

  C.Bayden Pnompenə (Kamboca) səfərdən əvvəl bu görüş barədə “Onunla həmişə səmimi söhbət etmişik” deyib.

  Çin və ABŞ münasibətləri daha səmərəli idarə etmək və vaxtaşırı yaranan gərginliyi zəiflətmək istədiklərini bildiriblər.

  Ağ Evin nümayəndələri bəyan ediblər ki, bu görüş mübahisəli məsələlərə dair əlaqə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üzərində cəmləşib.

  C.Bayden görüşlə bağlı deyib: “ABŞ və Çin aralarındakı fikir ayrılıqlarını idarə etmək və əməkdaşlıq üçün yeni imkanlar tapmaq üçün məsuliyyət daşıyır. Ona görə də hər iki ölkə münaqişədən qaçmalıdır”.

  Si Cinpin də öz növbəsində deyib: “Çin-ABŞ münasibətlərində düzgün yol təyin edilməlidir. Qlobal və regional məsələlərdə Baydenlə səmimi fikir mübadiləsi aparmağa hazırıq. Çin-ABŞ əlaqələrinin yenidən sağlam və sabit inkişafa keçməsi hər iki ölkənin və o cümlədən, dünyanın maraqlarına uyğundur”.

  Görüşdən sonra verilən ilkin açıqlamalarda Tayvan, insan haqları, iqtisadi rəqabət, Ukrayna müharibəsi, Rusiyaya münasibət və Şimali Koreya təhlükəsi kimi iki ölkə arasında gərginlik yaşadan mövzulardan bəhs edilməyib.



Әlaqәli Xәbәrlәr