Efiopiya hökuməti: ''Tiqray bölgəsinin 70 faizi ordunun nəzarətindədir''

Efiopiya hökuməti Tiqray bölgəsinin 70 faizinin ordunun nəzarətində olduğunu açıqlayıb.

1905280
Efiopiya hökuməti: ''Tiqray bölgəsinin 70 faizi ordunun nəzarətindədir''

Efiopiya hökuməti Tiqray bölgəsinin 70 faizinin ordunun nəzarətində olduğunu açıqlayıb.
Efiopiya baş naziri Abiy Əhmədin təhlükəsizlik məsələləri üzrə müşaviri Rıdvan Hüseyn rəsmi internet səhifəsində Efiopiya ordusunun Tiqrayın böyük bir hissəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Hüseyn deyib: "Efiopiya Milli Müdafiə Qüvvələri (ENDF) Tigray ərazisinin 70 faizinə nəzarəti bərpa edib və humanitar yardımlar davam edir". 
Yardıma icazə verildiyini qeyd edən Hüseyn ehtiyacı olanlara 35 TIR ərzaq və 3 TIR tibbi ləvazimat çatdırıldığını qeyd edib.
Efiopiya hökuməti ilə Cənubi Afrikadakı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında aparılan danışıqlardan sonra tərəflərin noyabrın 2-də razılığa gəldiyi açıqlanıb.
Noyabrın 7-də Keniyada yenidən başlayan danışıqlar tərksilah, əsas xidmətlərin bərpası və Tiqraya humanitar yardımın çatdırılması kimi məsələlərlə bağlı davam etdirilir.
Efiopiyada ordu ilə Tiqray Xalq Azadlıq Cəbhəsi arasında 2020-ci ilin noyabrında başlayan qarşıdurmalar minlərlə insanın ölümünə və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.



Әlaqәli Xәbәrlәr