BMT Türkiyeyə təşəkkür edib

BMT Türkiyeyə təşkilatın sülhməramlı səylərinə göstərdiyi güclü dəstəyə və bütün dünyada BMT bayrağı altında çalışan uniformalı personalının xidmətinə və fədakarlığına görə təşəkkür edib.

1904549
BMT Türkiyeyə təşəkkür edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyeyə təşkilatın sülhməramlı səylərinə göstərdiyi güclü dəstəyə və bütün dünyada BMT bayrağı altında çalışan uniformalı personalının xidmətinə və fədakarlığına görə təşəkkür edib.

BMT-dən verilən açıqlamada Türkiyenin 24-ü qadın olmaqla 179 əsgər və polis olmaqla BMT Sülhməramlı Qüvvələrinin 8 missiyasına dəstək verərək Sülhməramlı Qüvvələrinə böyük töhfə verən ölkələr arasında 60-cı yerdə olduğu bildirilib.

Bu barədə BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa məlumat verib.
Məlumatda deyilib ki, Türkiye ordusu və polisi xidmət göstərdikləri yerdə cəlbedici fərq yaradır. Sahədə yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər və onların davamlı töhfələrinə görə dərin minnətdarlığımızı bildiririk. BMT bayrağı altında vəzifə icra edərkən şəhid olan 6 türk sülhməramlısının fədakarlığını heç vaxt unutmayacağıq. 

Lakroix həmçinin qeyd edib ki, Türkiye BMT-nin Livandakı Müvəqqəti Qüvvəsini UNIFIL-in Dəniz İşçi Qrupuna dəniz personalı və gəmi təmin etməsini xüsusilə yüksək qiymətləndirib.

Qeyd edək ki, Türkiye UNIFIL-ə 110 personalı ilə Sülh Qüvvələrinin missiyalarına ən böyük töhfəsini verir. UNIFIL-in Dəniz İşçi Qüvvəsindəki Türkiye BMT Sülhməramlı Qüvvələrinin personalı Livan Hərbi Dəniz Qüvvələrinə ərazi sularının monitorinqində və sahil zolağının qorunmasında dəstək verir.

Türkiye daha dəqiq müəyyən edilmiş missiyalar, daha güclü və təhlükəsiz əməliyyatlar, daha yaxşı təchiz edilmiş və təlim keçmiş qüvvələr və siyasi həll yollarına dəstəyi səfərbər etməklə sülhməramlılığı gücləndirmək məqsədi daşıyan BMT Baş katibi Antonio Quterreşin Sülhməramlı Fəaliyyət (A4P) təşəbbüsünü də dəstəkləyir.



Әlaqәli Xәbәrlәr