Somalidə hərbi bazaya hücum, ölənlər var

Somalidə terror təşkilatı Əş-Şəbabın hərbi bazaya hücumu nəticəsində 5 nəfər həyatını itirib.

1903071
Somalidə hərbi bazaya hücum, ölənlər var

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə Əl-Şəbab üzvləri ölkənin Qalmuduq bölgəsindəki hərbi bazaya hücum ediblər. hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

 Bomba ilə təchiz edilmiş iki maşınla həyata keçirilən hücumdan sonra əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri ilə Əş-Şəbab üzvləri arasında qarşıdurma baş verib. 3 saat davam edən atışma dənicəsində terror təşkilatının hərbi bazaya daxil olmaq cəhdinin qarşısı alınıb.



Әlaqәli Xәbәrlәr