Avropa İttifaqı 2023-cü il üçün Ukraynaya yardım paketini açıqlayıb

Avropa İttifaqı (Aİ) Komissiyası gələn il üçün Ukraynaya ayda 1,5 milyard avro məbləğində yardım paketi təklif edəcək.

1902842
Avropa İttifaqı 2023-cü il üçün Ukraynaya yardım paketini açıqlayıb

Avropa İttifaqı (Aİ) Komissiyası gələn il üçün Ukraynaya ayda 1,5 milyard avro məbləğində yardım paketi təklif edəcək.

Avropa İttifaqı Komissiyasından verilən yazılı açıqlamaya görə, Komissiyanın sədri Ursula fon der Leyen ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Von der Leyen bu həftə Zelenskiyə 2023-cü il üçün aylıq 1,5 milyard avro və ümumilikdə 18 milyard avro təşkil edəcək maliyyə paketini təklif edəcəyini bildirib.

Aİ maliyyə paketinin digər böyük donorların oxşar yardımları ilə dəstəklənməli olduğuna diqqət çəkən Von der Leyen Aİ-nin xüsusilə qış aylarında Ukraynaya təcili humanitar yardım göstərmə fəaliyyətləri üçün səylərini davam etdirdiyini dilə gətirib. 

Ukraynanın kənd təsərrüfatı ixracının dünyaya çatdırılmasının vacibliyinin vurğulandığı telefon danışığında bu çərçivədə Rusiya ilə Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı razılığa gəlmək səylərinə hərtərəfli dəstək bir daha vurğulanıb.

Telefon söhbəti zamanı Moskvaya qarşı sanksiyaların gücləndirilməsi, İranın Rusiyaya dəstəyinə cavablar da müzakirə olunub.



Әlaqәli Xәbәrlәr