Bayden: “İranı tezliklə azad edəcəyik”

ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı İranda Mahsa Emininin həbsdə həyatını itirdikdən sonra başlayan və təxminən 50 gün davam edən etiraz aksiyalarına toxunub

1902173
Bayden: “İranı tezliklə azad edəcəyik”

“Narahat olmayın, İranı azad edəcəyik. Onlar özləri tezliklə özlərini azad edəcəklər”, - Bayden bildirib.

Bununla belə, Bayden bu açıqlaması ilə bağlı digər detalları açıqlamayıb və mövzunu dəyişib.

Xatırladaq ki, cari il sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Hazırda etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər.

 



Әlaqәli Xәbәrlәr