Kanzasda Hellouin şənliyinin keçirildiyi evə silahlı hücum

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kanzas ştatında Hellouin şənliyinin keçirildiyi evə silahlı basqın verilib.

1900890
Kanzasda Hellouin şənliyinin keçirildiyi evə silahlı hücum

Ştatın Polis idarəsinin rəisi Karl Oakman hadisə ilə bağlı mətbuata açıqlamasında: “Basqında naməlum şəxslərin açdığı atəş nəticəsində 17 yaşlı yeniyetmənin öldüyünü, 15-18 yaş arası 6 orta məktəb şagirdinin yaralandığını bildirib. Hallouin şənliyinin keçirildiyi evdə 100-ə yaxın qonaq olub.

Hücumla bağlı istintaqın davam etdiyi və hələlik həbs olunan və ya saxlanan olmadığı qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr