“Türkiyenin vasitəçi və ev sahibi kimi əsas töhfəsinə etibar etməyə davam edirik ", M.Qriffits

BMT Təhlükəsizlik Şurasında çıxış edən Martin Qriffits tədarük xəttinin açıq qalmasına çağırıb və qeyd edib ki, Rusiyanın Qara dəniz taxıl sazişini dayandırması narahatlıq doğurur.

1900269
“Türkiyenin vasitəçi və ev sahibi kimi əsas töhfəsinə etibar etməyə davam edirik ", M.Qriffits

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Rusiyanın Qara dəniz taxıl sazişini dayandırması qarşısında “Türkiyenin vasitəçi, asanlaşdırıcı və ev sahibi kimi əsas töhfəsinə” etibar etməyə davam etdiklərini bildirib.

BMT Təhlükəsizlik Şurasında çıxış edən Martin Qriffits tədarük xəttinin açıq qalmasına çağırıb və qeyd edib ki, Rusiyanın Qara dəniz taxıl sazişini dayandırması narahatlıq doğurur.

Qriffits nəqliyyat sahəsində pul sərf edildiyini və milyonlarla insan çətinlik çəkərkən ərzaq paylanmasının təxirə salındığını dilə gətirib.
Xatırladaq ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü iyulun 22-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiye və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanıb.

Oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın ilhaq edilmiş Krımın Sevastopol şəhərində Rusiya hərbi və mülki gəmilərinə hücum etdiyini bildirib.

Nazirliyin bəyanatında bildirilib ki, Kiyev Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə taxıl dəhlizinin təhlükəsizliyinin təmin edilməsində iştirak edən Qara Dəniz Donanmasının gəmilərinə və mülki gəmilərə qarşı terror aktı həyata keçirib. Rusiya tərəfi terror aktını nəzərə alaraq, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının çıxarılmasına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırıb.



Әlaqәli Xәbәrlәr