Nigeriyada silahlı insident nəticəsində 6 nəfər həlak olub

Yerli KİV-lərin yaydığı məlumata görə, Kogi əyalətinin  Akpanya bölgəsinə motosikletlə gələn silahlılar atəş açıb.

1900581
Nigeriyada silahlı insident nəticəsində 6 nəfər həlak olub

Nigeriyanın Kogi əyalətində törədilən silahlı hücum nəticəsində 6 nəfər həlak olub.
Yerli KİV-lərin yaydığı məlumata görə, Kogi əyalətinin  Akpanya bölgəsinə motosikletlə gələn silahlılar atəş açıb.
Hücum nəticəsində  6 nəfər həyatını itirib, çox sayda adam da xəsarət alıb.
Kogi əyalətinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Hərbi Dəniz Qüvvələri Komandanı Cerri Omodara təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.



Әlaqәli Xәbәrlәr