ABŞ və Polşa müdafiə nazirləri Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Polşanın müdafiə naziri Mariuş Blaşçak amerikalı həmkarı Lloyd Ostin ilə fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

1900339

Bu barədə Polşanın müdafiə naziri rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.
“Biz həmçinin Amerika qoşunlarının Polşadakı mövcudluğunun təfərrüatlarını, hərbi və modernləşdirmə sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, – deyə Mariuş Blaşçak paylaşımında qeyd edib.
ABŞ müdafiə naziri Lloyd Ostin isə etdiyi paylaşımda deyib:
“Blaşçak ilə Ukraynaya təhlükəsizlik yardımı göstərmək və NATO-nun çəkindirmə qabiliyyətinin güclü qalmasını təmin etmək sahəsindəki tərəfdaşlığımız haqqında söhbət etdik”.

Әlaqәli Xәbәrlәr