Yeni Zelandiya Rusiyaya növbəti sankisiyaları açıqlayıb

Yeni Zelandiya Rusiyaya növbəti sankisiyaları açıqlayıb

1900018
Yeni Zelandiya Rusiyaya növbəti sankisiyaları açıqlayıb

Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyənlərə qarşı növbəti sanksiyaları açıqlayıb.

Bu barədə Yeni Zelandiya hökuməti məlumat yayıb.

Bu dəfə diqqət Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarına yönəlib.

“Rusiyanın Ukraynaya qanunsuz və əsassız işğalı və davam edən təcavüz aktları onun böyük protaqonistlər dairəsindən ibarət şaxələnmiş hərbi-sənaye şəbəkəsi sayəsində mümkün olur. Bu gün biz Ukraynaya davamlı dəstəyimiz çərçivəsində 14 fiziki şəxsə və 7 quruma sanksiya tətbiq edirik. Qrupa hərbi qulluqçular, müdafiə qurumları və rəhbər şəxslər, Rusiya tərəfindən idarə olunan dezinformasiya vasitələri, hərbiləşdirilmiş təşkilat və onun yüksəkrütbəli komandirləri daxildir. Onlara raketlər və odlu silahların hazırlanması və istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri və səhmdarları, həmçinin “Vaqner” muzdlular qrupu ilə əlaqəli neonasist hərbiləşmiş birləşmələrin üzvləri daxildir”, - nazir qeyd edib.



Әlaqәli Xәbәrlәr