Volodimir Zelenski: ''İki gündə İran istehsalı olan 23 PUA vurulub''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin iki gün ərzində pilotsuz uçuş aparatları ilə 30 dəfə hücum həyata keçirdiyini bildirib.

1899199
Volodimir Zelenski: ''İki gündə İran istehsalı olan 23 PUA vurulub''


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin iki gün ərzində pilotsuz uçuş aparatları ilə 30 dəfə hücum həyata keçirdiyini bildirib. Zelenski bu PUA-lardan 23-nün vurulduğunu deyib.
Ukrayna lideri Rusiya qüvvələrinin son günlərdə  Ukraynanın enerji infrastrukturunu hədəf aldığını bildirib.
Volodimir Zelenski son iki gündə İran istehsalı olan 23 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Zelenski qeyd edib ki, Rusiya fevralın 24-dən bəri Ukrayna ərazisinə 8 min hava zərbəsi endirib və 4 500 raket atıb.
Vurulan pilotsuz uçuş aparatının yanında açıqlama verən Volodimir Zelenski deyib: "Bu hücumlar bizi qorxutmayacaq. Qaranlıqdan qorxmuruq".
Qeyd edək ki, Rusiyanın infrastruktura təşkil etdiyi hücumlar səbəbindən Ukraynanın bəzi şəhərlərində vaxtaşırı elektrik enerjisi kəsilir.



Әlaqәli Xәbәrlәr