Beynəlxalq Valyuta Fondu Misirə 3 milyard dollar vəsait ayırıb
Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə 3 milyard dollarlıq kredit razılaşması imzaladığını açıqlayıb.
1898646
Misirin maliyyə naziri Məhəmməd Muit BVF razılaşması ilə bağlı paytaxt Qahirədə mətbuat konfransı keçirib.
6 aylıq islahat proqramı çərçivəsində BVF ilə 3 milyard dollarlıq kredit müqaviləsi bağladıqlarını ifadə edən Muit, 1 milyard dollar Davamlılıq Fondundan, təxminən 5 milyard dollar da digər beynəlxalq tərəfdaşlardan təmin ediləcəyini qeyd edib
Misir Mərkəzi Bankı səhər saatlarında yerli valyutanın xarici valyutaya nisbətdə ucuzlaşmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirdiyini açıqlayıb.