Rişi Sunak Kral II Çarlzdan hökumətin qurulmasına dair mandat alıb

İngiltərənin yeni seçilmiş Baş naziri Rişi Sunak vəzifəsinin icrasına başladı.

1897494
Rişi Sunak Kral II Çarlzdan hökumətin qurulmasına dair mandat alıb

İngiltərənin yeni seçilmiş Baş naziri Rişi Sunak vəzifəsinin icrasına başladı.

Oktyabrın 20-də İngiltərədə hakim Mühafizəkarlar Partiyasının liderliyindən istefa verən Liz Truss istefa ərizəsini İngiltərə kralı III Çarlza təqdim etməzdən əvvəl Nazirlər Kabinetinin qarşısında sonuncu dəfə xalqa müraciət edib. Liz Truss çıxışından sonra istefasını Kral III Çarlza təqdim etmək üçün Bukingem Sarayına yollanıb.

Liz Trussdan sonra Kral III Çarlzla bir araya gələn Rişi Sunak ondan hökumətin qurulmasına dair mandat alıb. 

Qeyd edək ki, Rişi Sunak sentyabrın 8-i taxta çıxan III Çarlzın təsdiq etdiyi ilk Baş nazir olub. 

Xatırladaq ki, İngiltərənin Baş naziri Liz Trass ötən həftə oktyabrın 20-si istefa verdiyini elan edib. 



Әlaqәli Xәbәrlәr