"NATO-ya üzvlük sazişinin bütün şərtləri yerinə yetiriləcək", T.Billström

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, ölkəsinin yeni sağ- mərkəzçi hökuməti Türkiye ilə NATO-ya üzvlük sazişinin bütün şərtlərini yerinə yetirəcək.

1897117

"Associated Press" (AP) xəbər agentliyinə açıqlama verən Tobias Billström yeni hökumətin Türkiyenin bölücü terror təşkilatı PKK/YPG ilə bağlı narahatlığını bölüşdüyünü bildirib.

Nazir deyib ki, gündəmdə PKK olduğu zaman İsveç hökuməti qeyri-ciddi hərəkət etməyəcək. terror təşkilatlarının İsveç torpaqlarında fəaliyyət hüququ olmadığı mənası daşıyan siyatətin tamamilə arxasındayıq. Hər şey qanuni və təhlükəsiz şəkildə edilməlidir. Üçtərəfli memorandumda yazılan və hər üç tərəfin razılaşdırdığı hər şey bütün tərəflər tərəfindən yerinə yetirilməlidir.

İsveçin Baş naziri Ulf Kristersson da oktyabrın 20-də ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı Türkiyenin təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün səyləri artıracaqlarını və NATO üzvlüyündən sonra bunun tələblərini yerinə yetirəcəklərini bildirib.

Xatırladaq ki, iyunun 28-də NATO-nun Madrid Zirvə toplantısında Türkiye, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb.

Avqustun 26-da Finlandiyanın Vantaa şəhərində memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası keçirilib.

Әlaqәli Xәbәrlәr