NATO Rusiyanın iddialarını rədd etdi

NATO Rusiyanın Ukraynanın öz ərazisində radioaktiv tərkibli “çirkli bomba” istifadə edə biləcəyi iddiasını rədd edib.

1897094
NATO Rusiyanın iddialarını rədd etdi

NATO Rusiyanın Ukraynanın öz ərazisində radioaktiv tərkibli “çirkli bomba” istifadə edə biləcəyi iddiasını rədd edib.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media üzərindən verdiyi açıqlamada qeyd edib.

Yens Stoltenberq Rusiyanın Ukraynanın “çirkli bomba” istifadə etməyə hazırlaşdığı iddiası ilə bağlı ABŞ müdafiə naziri Lloyd Austin və İngiltərə müdafiə naziri Ben Uolles ilə danışdığını bildirib.

“NATO müttəfiqləri bu iddianı rədd edir”, - deyən Yens Stoltenberq Rusiyanın bu iddianı gərginliyi artırmaq üçün bəhanə kimi istifadə etməməli olduğunu bildirib.

NATO-nun Baş katibi Ukraynaya dəstək verməyə davam edəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr