Burkina Fasoda hərbi bazaya hücum edilib, ölən və yaralananlar var

Burkina Fasoda hərbi bazaya edilən terror hücumu nəticəsində 10 əsgər həyatını itirib, azı 50 əsgər yaralanıb.

1897513
Burkina Fasoda hərbi bazaya hücum edilib, ölən və yaralananlar var

Burkina Fasoda hərbi bazaya edilən terror hücumu nəticəsində 10 əsgər həyatını itirib, azı 50 əsgər yaralanıb.
Burkina Faso Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada Soum əyalətinin Cibo şəhərindəki hərbi bazaya terror hücumunun edildiyi bildirilib.
Açıqlamada 10 əsgərin həyatını itirdiyi, azı 50 əsgərin yaralandığı qeyd olunub.
Bölgədə davam edən qarşıdurmalarda azı 18 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Xatırladaq ki,Burkina Fasoda hərbçilər sentyabrın 30-da hakimiyyəti ələ keçirib.
Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildən etibarən Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.
Hökumətin məlumatına görə, 2015-ci ildən dekabr ayınadək  törədilən hücumlar nəticəsində 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 min adam həlak olub.



Әlaqәli Xәbәrlәr