Sergey Şoyqu bir sıra ölkənin müdafiə nazirləri ilə Ukrayna barədə müzakirə aparıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Fransanın müdafiə naziri Sebastyan Lekornu, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.

1896497
Sergey Şoyqu bir sıra ölkənin müdafiə nazirləri ilə Ukrayna barədə müzakirə aparıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Fransanın müdafiə naziri Sebastyan Lekornu, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şoyqu, Lekornu və Uollesin Ukraynadakı vəziyyəti müzakirə etdiyi qeyd edilib və "bölgədə gərginliyin nəzarətsiz şəkildə arta biləcəyi" vurğulanıb.

Açıqlamada “Şoyqu həmkarlarına Ukraynanın “çirkli bomba”dan (tərkibində radioaktiv material olan bomba) istifadə edərək təxribat xarakterli hərəkətlər etməsi ehtimalı ilə bağlı narahatlığını bildirib" ifadəsi yer alıb.

Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada isə görüşün Rusiya Müdafiə Nazirliyinin tələbi ilə baş tutduğu bildirilib.

Açıqlamada nazir Şoyqunun Ukraynanın münaqişəni qızışdırmaq üçün İngiltərə də daxil olmaqla Qərb dövlətlərinin köməkliyi ilə hərəkətlər planlaşdırdığını iddia etdiyi, Uollesin isə bunları təkzib etdiyi və bu cür iddiaların müharibə üçün “bəhanə” kimi istifadə edilməməsi ilə bağlı xəbərdarlıq etdiyi vurğulanıb.

Açıqlamada Uolles Ukraynaya həm Britaniyanın, həm də daha geniş beynəlxalq dəstəyin mövcudluğuna işarə edərək, münaqişəni azaltmaq istəyini təkrarlayıb və əlavə edib: “Bu, Ukrayna və Rusiyanın müharibəyə həll yolu axtarması üçündür və İngiltərə bu məsələni asanlaşdırmağa hazırdır".
Rusiyanın müdafiə naziri Şoyqu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə də telefonda Ukraynadakı vəziyyəti müzakirə edib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada iki nazirin Ukraynadakı vəziyyəti dəyərləndirdiyi bildirilib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum edib.



Әlaqәli Xәbәrlәr