Pakistanlı jurnalist Keniyada öldürülüb

Pakistanlı jurnalist və televiziya şousunun aparıcısı Ərşad Şərif Keniyanın paytaxtı Nayrobidə naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

1896721
Pakistanlı jurnalist Keniyada öldürülüb

Pakistanlı jurnalist və televiziya şousunun aparıcısı Ərşad Şərif Keniyanın paytaxtı Nayrobidə naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, jurnalist Şərifin həyat yoldaşı Javeria Siddiqui tviter hesabında məşhur aparıcının silahlı hücumda həyatını itirdiyini bildirib.

Jurnalistin ölümündən sonra prezident Arif Alvi və Baş nazir Şahbaz Şərif başda olmaqla bir çox insan başsağlığı mesajı yayıb.

Bəzi jurnalistlər Şərifin ölümündə hökuməti və ordunu günahlandırıb.

Keçmiş Baş nazir İmran Xanın qatı tərəfdarı olan Şərif Şahbaz Şərif hökumətini və ordusunu sərt tənqid etməsi ilə tanınırdı.

Xatırladaq ki, "ARY News" televiziyasında İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının Baş Qərargah rəisi Şahbaz Gill ilə birlikdə hazırladığı proqramdan sonra məhkəmə qarşısına çıxarılan Ərşad Şərif bundan sonra avqust ayında İngiltərənin paytaxtı Londona gedib. 

Şərifin Keniyaya niyə getdiyi hələ ki, məlum deyil.



Әlaqәli Xәbәrlәr