Olaf Şolts əhəmiyyətli bəyanatlar verib

Almaniya kansleri Olaf Şolts Aİ liderlər sammitində enerji qiymətlərinin azaldılması və enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini bildirib.

1896228
Olaf Şolts əhəmiyyətli bəyanatlar verib

Almaniya kansleri Olaf Şolts Aİ liderlər sammitində enerji qiymətlərinin azaldılması və enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini bildirib.
Olaf Şolts Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ liderlər sammitindən sonra  təşkil etdiyi mətbuat konfransında çox gərgin keçən əhəmiyyətli sammitin gerçəkləşdiyini ifadə etdi.
Avropa İttifaqının  Ukraynanın yanında olduğunu deyən Şolts 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi və onun nəticələrinin aradan qaldırılmasında Aİ-nin birgə mövge nümayiş etdirdiyini deyib.
Zirvənin enerji qiymətlərinin aşağı salınması və enerji təhlükəsizliyinin təmin edilməsinin hədəfləndiyini bildirən Şolts deyib: "Bu mövzuda  əhəmiyyətli irəliləyiş əldə etdik".
Almaniya kansleri energetika nazirlərinin detallarla bağlı görüşlər keçirəcəyini bildirib. 
Qlobal bazarlarda qiymətləri birtərəfli müəyyən edə biləcəklərinə inanmadıqlarını ifadə edən Şolts deyib: “Bizim edə biləcəyimiz yeganə şey bazarda faktiki qiymətlər haqqında yalan məlumat verən spekulyasiya ilə mübarizə aparmaqdır”.



Әlaqәli Xәbәrlәr