Volodimir Zelenski Avropa İttifaqına üzv ölkәlәrin liderlәrinә müraciәt edib

Ukrayna prezidenti Volodimir  Zelenski Avropa İttifaqına üzv dövlətlərdən Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirməyi xahiş edib.

1895692
Volodimir Zelenski Avropa İttifaqına üzv ölkәlәrin liderlәrinә müraciәt edib

Ukrayna prezidenti Volodimir  Zelenski Avropa İttifaqına üzv dövlətlərdən Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirməyi xahiş edib.

Volodimir Zelenski Avropa İttifaqına üzv  27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən və 2 gün davam edəcək Aİ liderlər sammitinə videokonfrans yolu ilə qatılıb.

Sammitdə çıxış etməkdən məmnun olduğunu bildirən Zelenski Rusiyaya qarşı davam edən müharibə ilə bağlı ölkəsində yaşananlara toxunub.

Zelenski bildirib ki, Ukraynanı qorumaq  əslində “Avropanı qorumaq” mənasına gəlir. Bu səbəbdən də Rusiyadan gələn təhdidlərə qarşı birgə mübarizə aparılmalıdır.

Rusiyanın enerji qaynaqlarından bu gün Avropaya qarşı “silah” kimi istifadə etdiyinə diqqət çəkən Volodimir Zelenski bəzi Avropa ölkələrinin bu günə qədər Rusiya qazı, nefti və məhsullarından asılı olduğunu bildirib.

Zelenski Rusiyanın enerji infrastrukturlarına hücumlarını dayandırmaq və qarşısını almaq üçün daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını vurğulayıb.

"Həqiqətən etibarlı hava hücumundan müdafiə qalxanı yaratmaq üçün daha çox hava hücumundan müdafiə və raket əleyhinə sistemlərə ehtiyacımız var. Hazırda mən  Fransaya, İtaliyaya, digər tərəfdaşlarımıza və yalnız Avropada olanlara deyil, ABŞ-da hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri istehsal edənlərə, həm də lazımi sistemlərə sahib olanlara müraciət edirəm. Ukrayna səması nə qədər qorunarsa bütün Avropadakı həyat bir o qədər stabil olan.Biz bunu təmin etməliyik”,-deyə Volodimir Zelenski qeyd edib.



Әlaqәli Xәbәrlәr