Con Kirbi: ‘‘İran hәrbçilәri Rusiyaya Kiyevi bombalamağa kömәk edib’’

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, İran hərbçiləri Rusiyaya Kiyevi bombalamağa kömək ediblər.

1895734
Con Kirbi: ‘‘İran hәrbçilәri Rusiyaya Kiyevi bombalamağa kömәk edib’’

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, İran hərbçiləri Rusiyaya Kiyevi bombalamağa kömək ediblər.

Con Kirbi deyib: “İran hazırda meydandadır və birbaşa müharibəyə müdaxilə edir''.

Con Kirbi Zoom vasitəsilə təşkil etdiyi brifinqdə ABŞ-ın yürütdüyü xarici siyasəti ilə bağlı Ağ Ev müxbirlərinə açıqlamalar verib.

Uzun müddətdir  Rusiyanın İrandan pilotsuz uçuş aparatları ala biləcəyi ilə bağlı xəbərdarlıq etdiklərini xatırladan Kirbi deyib:

"Rusiya İrandan aldığı PUA-ları Krıma göndərib. Krımda yerləşən Rusiya hərbi qulluqçuları iranlı pilotlardan istifadə edib. Onlar Kiyevə endirdikləri hava zərbələrində də onlardan istifadə ediblər. İranlı hərbçilərin Krımda meydanda olduğunu  və bu əməliyyatlarda Rusiyaya yardım etdiklərini bilirik''.

Kirbi Rusiyanın indiyədək İrandan onlarla PUA aldığını və bu tədarükün davam edəcəyini ifadə edərək ''Rusiyanın  sursat çatışmazlığı səbəbindən gələcəkdə İrandan adi silahlar, məsələn, raketlər almasından narahatıq”.

Con Kirbi vurğulayıb ki, İran istehsalı olan PUA-lar Ukraynada həm hərbi, həm də mülki hədəflərə qarşı istifadə olunur.

"İran və Rusiya İranın Rusiyaya pilotsuz təyyarələr verdiyini inkar edərək yalan danışırlar. Bu ölkələr bütün dünyaya yalan danışa bilər, amma həqiqəti gizlədə bilməzlər. İran hazırda meydandadır, birbaşa müharibəyə müdaxilə edir''.

Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya qüvvələrinin ölkəsinə etdiyi  hücumlarda İran istehsalı PUA-lardan istifadə etdiyini qeyd edib.

Rəsmi görüşlər keçirmək üçün Kiyevə səfər edən  İsveçrə Konfederasiyasının rəhbəri İqnazio Kassis Ukrayna prezidenti Volodimir  Zelenski ilə görüşüb.

Məlumata görə görüş, Ukrayna Prezident Aparatında baş tutub və mətbuat üçün qapalı keçirilib. Görüşdən sonra tərəflər birgə mətbuat konfransında çıxış ediblər.

Zelenski Rusiyanın son vaxtlar Ukrayna şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə intensiv hücumlar həyata keçirdiyini bildirib və bunları “yeni terror hücumları” olaraq adlandırıb.

Rusiya qüvvələrinin sözügedən hücumlarda İran istehsalı  PUA-lardan istifadə etdiyini qeyd edən Volodimir Zelenski  İranın da Rusiyanın “şəriki” olduğunu, bunu sübut etməyə çalışdıqlarını və bununla bağlı  İsveçrədən dəstək gözlədiklərini söylədi.

 



Әlaqәli Xәbәrlәr