Almaniya və Ukrayna prezidentlərinin telefon danışığı olub

Almaniya Prezidenti Frank Valter-Ştaynmayer və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

1895623
Almaniya və Ukrayna prezidentlərinin telefon danışığı olub

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Almaniya prezidentinin ofisindən verilən açıqlamaya görə, Ştaynmayer ölkəsinin Ukraynaya dəstəyini və həmrəyliyini davam etdirəcəyi vədini bir daha təkrarlayıb.

Ştaynmayer bəyan edib ki, bu, ölkənin yenidən qurulması üçün həm hərbi, həm də mülki yardıma aiddir.

Almaniyanın Ukraynada dağılmış elektrik, istilik və su infrastrukturunun bərpasına dəstək verəcəyini bildirən Ştaynmayer Rusiyanın həyati əhəmiyyətli infrastrukturu hədəf alan hücumlarını "alçaq" adlandırıb.

Almaniyalı həmkarı ilə telefon danışığının substantiv və məhsuldar olduğunu deyən Ukrayna dövlət başçısı isə ölkəsinə tədarük ounacaq IRIS hava hücumundan müdafiə sistemi üçün Almaniyaya təşəkkür edib.

Digər tərəfdən, Almaniya KİV-də yer alan xəbərlərdə Ştaynmayerin bu gün Ukraynaya getməyi planlaşdırdığı, lakin təhlükəsizlik səbəbiylə bu səfəri təxirə saldığı iddia edilib.

 



Әlaqәli Xәbәrlәr