Afrikada hər 5 nəfərdən biri düzgün qidalana bilmir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Afrika üzrə nümayəndəsi Abebe Haile-Qabriel Afrika qitəsindəki ərzaq böhranı ilə bağlı mətbuata açıqlamalar verərək deyib...

1895110
Afrikada hər 5 nəfərdən biri düzgün qidalana bilmir

 

  Afrika qitəsinin hər 5 nəfərindən biri sağlam qidalana bilmir.

  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Afrika üzrə nümayəndəsi Abebe Haile-Qabriel Afrika qitəsindəki ərzaq böhranı ilə bağlı mətbuata açıqlamalar verərək deyib: “Dünyada qida böhranından ən çox təsirlənən bölgə Afrikadır. Xüsusilə Sahraaltı Afrika ölkələri daha çətin vəziyyətdədir. Afrika Buynuzu, Sahel, Mərkəzi Afrika və bir sıra ada ölkəsi də qida problemi ilə mübarizə aparır.

  Afrikada hər 5 nəfərdən biri sağlam qidalana bilmir. Qitədə problem gündən-günə artır.

  Son illərdə baş verən hadisələr üst-üstə düşüb və ərzaq problemini artırıb. Regional münaqişələr, iqlim dəyişikliyi, Ukrayna-Rusiya müharibəsi və “Covid-19” epidemiyası kimi səbəblərdən əlavə ərzaq böhranı da artıb. İqlim dəyişikliyi ilə bağlı daşqınlar və quraqlıq xüsusilə Afrika Buynuzu bölgəsinə daha çox təsir edib. Sahel ölkələrində qarşıdurmalar artıb. Bir çox Afrika ölkəsi daxilində döyüşlər davam edir.

  Böhranın həlli üçün qalıcı və təsirli addımlar atılmalıdır. Afrika ölkələrində istehsal artırılmalı və nəqliyyat problemi həll edilməlidir.

  Afrikanın bir çox yerində kənd təsərrüfatı istehsalı iqlim şəraitindən asılıdır. Buna qarşı tədbirlər görülməlidir”.



Әlaqәli Xәbәrlәr