ABŞ-da quş qripinə yoluxma halları sürətlə artır

TRT xəbər verir ki, ABŞ Milli Vəhşi Təbiət Sağlamlığı Mərkəzinin son hesabatında epidemiya ilə bağlı məlumat yayılıb.

1895318
ABŞ-da quş qripinə yoluxma halları sürətlə artır

Hetabatda bildirilib ki, 2022-ci il “H5N1” olaraq bilinən quş qripi epidemiyası rekord sayda tquşun və hinduşkanın tələf olmasına səbəb olub. Xəstəlik təsərrüfat heyvanlarından sonra çoxlu çöl quşunda da müşahidə edilib.

Hesabatında deyilir: “Şimali Amerikada “H5N1” virusu ilk olaraq 2021-ci ilin dekabrında Kanadanın Nyufaundlend və Labrador bölgələrində qeydə alınıb. Daha sonra isə Kanada və Birləşmiş Ştatlarda vəhşi quşlarda, ev və təsərrüfat quşları ilə vəhşi məməlilərdə aşkar edilib”.

Qeyd edək ki, quş qripi virusunun yayılmasında və vəhşi heyvanların virusa yoluxmasında Kanadadan ABŞ-a quş köçü səbəb göstərilir.

 



Әlaqәli Xәbәrlәr