2023-cü ildə bəzi Afrika ölkələrində ərzaq böhranı yaşana bilər

Bəzi Afrika ölkələrinin gələn il daha çox ərzaq problemi ilə üzləşə biləcəyi bildirilir. Qlobal Aclıq İndeksinin son hesabatı Afrikadakı ərzaq probleminə diqqət çəkib.

1895594
2023-cü ildə bəzi Afrika ölkələrində ərzaq böhranı yaşana bilər

Bəzi Afrika ölkələrinin gələn il daha çox ərzaq problemi ilə üzləşə biləcəyi bildirilir.
Qlobal Aclıq İndeksinin son hesabatı Afrikadakı ərzaq probleminə diqqət çəkib.
Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası və Madaqaskarda ərzaq  böhranının artdığı  bildirilən hesabatda Burundi, Somali və Cənubi Sudan kimi ölkələrdə problemin arta biləcəyinə diqqət çəkilib.
Hesabatda Zambiya, Qvineya Bisau, Sierra Leone, Nigeriya, Mərkəzi Afrika Respublikası, Lesoto və Liberiya kimi ölkələrdə ərzaq probleminin yaşandığı vurğulanıb.
Afrika ölkələrində daxili qarşıdurmalar, terror hücumları, miqrasiya, quraqlıq, əhalinin sürətli artımı, yeni növ koronavirus (Covid-19) epidemiyası və Rusiya-Ukrayna müharibəsi kimi amillər ərzaq böhranını daha da artırır.



Әlaqәli Xәbәrlәr