Fransanın “Lafarge” sement şirkəti ittihamları qəbul edib

Fransanın nəhəng “Lafarge” sement şirkəti DEAŞ-a maliyyə yardımı etməsi ilə bağlı irəli sürülən ittihamları qəbul edib.

1894563
Fransanın “Lafarge” sement şirkəti ittihamları qəbul edib

Fransanın nəhəng “Lafarge” sement şirkəti DEAŞ-a maliyyə yardımı etməsi ilə bağlı irəli sürülən ittihamları qəbul edib.

ABŞ Ədliyyə Nazirliyi şirkətin Bruklin Federal Məhkəməsində razılığa gəldiyini açıqlayıb.

Belə ki, DEAŞ-a yardım etməsi ilə bağlı ittihamları qəbul edən şirkət 777,78 milyon dollar təzminat ödəməyə razı olub.
Şirkət tərəfindən verilən açıqlamada isə "Lafarge və törəmə şirkəti "Lafarge Suriya" idarəçilərin fərdi olaraq yer aldığı əməliyyatlarına görə məsuliyyəti qəbul etmişdir. Bu əməliyyatlar "Lafarge"nin cinayət qanununu alçaqca pozduğu" mənasını daşıyır. Bu hadisənin baş vermesindən üzüntü duyuruq" ifadəsi yer alıb. 

Qeyd edək ki, “Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiye və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün DEAŞ, PKK terror təşkilatlarını maliyyələşdirib.

Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin Türkiye Radio-Televiziya Qurumunun "TRT World" telekanalının "The Factory" adlı araşdırmasında bu rəqəmin daha yüksək olduğu və bundan Fransa rəhbərliyinin xəbərdar olması üzə çıxarılıb.



Әlaqәli Xәbәrlәr