İsveçrdə yüzlərlə reys ləğv edilib

İsveçrədə Eurowings hava yolları şirkətində çalışan və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edən pilotlar tətil başladıblar.

1893915
İsveçrdə yüzlərlə reys ləğv edilib

Alman hava yolu şirkəti Lufthansa-nın tərkibində fəaliyyət aparan Eurowings şirkətinə mənsub pilotlar illik məzuniyyətlərinə 14 gün əlavə edilməsini tələb edərək bu gün başlatdıqları tətili üç gün davam etdirəcəklərini açıqlayıblar.

Eurowingsdən yayılan açıqlamada tətil səbəbiylə Sürix hava limanında gündəlik uçuşların sayının 230 ilə 400 arasında azaldığına diqqət çəkilib.

Tətillərlə bağlı açıqlama verən Eurowings-in Maliyyə Direktoru Kai Duve pilotlara əlavə 10 gün məzuniyyət veriləcəyini, problemin danışıqlarla həll edili biləciyini bildirib. Şirkətin tətil səbəbi ilə gündə on milyonlarla avro itirdiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr