10 mindən çox mühacir ABŞ-a getmək istəyir

Cənubi Amerika ölkəsi Kolumbiyanın şimalındakı Antioquia inzibati bölgəsində əksəriyyəti haitili olan 10 mindən çox mühacir ABŞ-a getmək üçün sərhədə yığılıb.

1893591
10 mindən çox mühacir ABŞ-a getmək istəyir

Cənubi Amerika ölkəsi Kolumbiyanın şimalındakı Antioquia inzibati bölgəsində əksəriyyəti haitili olan 10 mindən çox mühacir ABŞ-a getmək üçün sərhədə yığılıb.
Ölkələrindəki daxili qarışıqlıq və iqtisadi çatışmazlıqlar səbəbiylə Necocli qəsəbəsinə gələn 10 mindən çox mühacir ABŞ-a getmək üçün Kolumbiya Panama sərhədini keçmək istəyir.

Səlahiyyətlilər qəsəbənin tutumundan çox yüksək əhali sıxlığının yaşadığını qeyd edərək, qida çatışmazlığı və sağlamlıq şərtləri səbəbindən vəziyyətin gündən-günə daha da pisləşdiyini qeyd ediblər.

Necocli nümayəndəsi Vilfredo Menko Zapata mətbuata verdiyi açıqlamada səlahiyyətliləri köməyə çağıraraq "Hazırda ciddi bir böhranla qarşı-qarşıyayıq. Xüsusi ehtiyacı olan çoxlu mühacir var, onlara lazımi yardım göstərilmir və bu insanların əksəriyyəti çox təhlükəli şəraitdə qida çatışmazlığından əziyyət çəkirlər. Qida, sığınacaq və uşaq bezi qıtlığı kəskin şəkildə yaşanır” ifadələrdən istifadə edib.
Təxminən 10 min mühacirin Panama sərhədini keçmək üçün körpülərdə gözlədiyi qəsəbədə insanların əksəriyyətinin çimərliklərdə çadırlarda qaldığı görülür.



Әlaqәli Xәbәrlәr