Ursula fon der Leyen: ''Ukraynanı dəstəkləməyə davam edəcəyik''

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.

1892065
Ursula fon der Leyen: ''Ukraynanı dəstəkləməyə davam edəcəyik''

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.
Ursula fon der Leyen Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Aİ-na üzv dövlətlərin səfirlərinin konfransında çıxış edib.

Rusiya prezidenti Vladimir Putinin hücum edərək suveren Ukrayna ərazisini ələ keçirdiyini, insanları silah gücü ilə səs verməyə məcbur etdiyini ifadə edən Ursula fon der Leyen Rusiya liderinin nüvə silahlarla bağlı açıqlamalarına toxunub.
Von der Leyen deyib:"Bu, yalnız  Rusiyanın qonşularını narahat etmir. Bu, bütün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə hücumdur". dedi.
Ursula fon der Leyen qeyd edib ki, Rusiyanın ən yaxın müttəfiqlərindən bəziləri də Putini tənqid edir.
“Çin və Hindistanın müharibə ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə etdiyi Səmərqənd sammiti Rusiya üçün fiasko oldu”,-deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr