NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü keçirilir

Bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir.

1891936
NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü keçirilir

Bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur. Toplantı çərçivəsində həmçinin Ukrayna ilə bağlı təmas qrupunun iclası keçiriləcək.

İki gün davam edəcək iclasda Türkiyeni milli müdafiə naziri Hulusi Akar təmsil edir.

İclasdan əvvəl açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçiriləcək Ukrayna Təmas Qrupu toplantısında Ukraynanın müdafiə naziri Oleksi Reznikovun da iştirak edəcəyini bildirib.

NATO-nun Ukraynaya sarsılmaz dəstəyinin davam edəcəyi mesajını verəcəklərini vurğulayan Yens Stoltenberq nazirlərin Ukraynaya hərbi dəstəyin necə artırılacağını müzakirə edəcəklərini deyib.

Stoltenberq “Əsas prioritet Ukraynaya daha çox hava hücumundan müdafiə sistemlərinin verilməsi olacaq” deyib.

Stoltenberq son olaraq Almaniya kimi müttəfiqlərin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsini alqışladıqlarını bildirib və belə davam edib:

“Qış fəslinə qədəm qoyan kimi Rusiyanın enerji infrastrukturlarına dəhşətli və ayrı-seçkilik etmədən hücumları, mülki əhalinin öldürülməsi, mülki infrastrukturların məhv edilməsi Ukraynaya daha çox hava hücumundan müdafiə sistemlərinin verilməsinin təcili ehtiyacını göstərir.

Müttəfiqlər hava hücumundan müdafiə sistemləri verdilər, lakin daha çoxuna ehtiyac var. Bizə qısa mənzilli, uzaq mənzilli, ballistik raketlər, idarə olunan raketlər, pilotsuz uçuş aparatları kimi hava hücumundan müdafiə sistemləri lazımdır”.

Yens Stoltenberq bildirib ki, görüşlərdə NATO müttəfiqləri Ukraynaya göndərilən hərbi yardımdan sonra azalan texnika və sursat ehtiyatlarının yenidən doldurulması və bunun üçün müdafiə sənayesi şirkətlərinin istehsalının artırılmasını da müzakirə edəcəklər.

Görüşlərdə NATO ölkələrinin kritik infrastrukturlarının daha yaxşı mühafizəsi, NATO-nun İraq və Kosovodakı missiyaları müzakirə olunacaq, daha əvvəl planlaşdırılan Nüvə Planlaşdırma Qrupunun iclası keçiriləcək.

NATO-ya üzvlük üçün müraciət etmiş Finlandiya və İsveçin müdafiə nazirləri də bəzi görüşlərdə iştirak edəcək.



Әlaqәli Xәbәrlәr