Volodimir Zelenski: ''Ukraynanı qorxutmaq mümkün deyil''

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, “Ukraynanı qorxutmaq və ya dayandırmaq mümkün deyil”.

1891165
Volodimir Zelenski: ''Ukraynanı qorxutmaq mümkün deyil''

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, “Ukraynanı qorxutmaq və ya dayandırmaq mümkün deyil”.

Volodimir Zelenski dünən gecə saatlarında Telegram səhifəsində etdiyi video paylaşımında Rusiya qüvvələrinin Ukraynanın bir çox şəhərinə təşkil etdiyi hücumlara reaksiya verib.

Zelesnkiy Kiyevə endirilən raket hzərbələri nəticəsində zədələnmiş infrastrukturun təmiri davam edərkən açıqlama verib.

“Hazırda bütün ölkə üzrə bərpa işləri aparılır”,-deyə Ukrayna Prezidenti vurğulayıb.

Rusiyanın Ukrayna şəhərlərinə ümumilikdə 84 qanadlı raket atdığını və bunlardan 43-nün Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini qeyd edən Zelenski rusların göndərdiyi İran istehsalı olan 24 İHA-dan 13-nün Ukrayna qüvvələri  tərəfindən vurulduğunu da bildirib. 

“Və ondan sonra  mən hər on dəqiqədən bir İran istehsalı olan “Şəhid”in (kamikadze PUA) vurulması xəbərini alıram”, - deyə  Zelenski vurğulayıb.

Volodimir Zelenski deyib: “Ukraynanı qorxutmaq mümkün deyil. Rusiya cəbhədə uğursuzluğa düçar olduğu üçün Ukraynada terror aktları törədir''.

Hava zərbələri təhlükəsi davam etdiyi üçün vətəndaşları diqqətli olmağa çağıran Ukrayna lideri ölkəsinin müharibədə  qalib gələcəyini bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski rəsmi internet səhifəsində verdiyi bəyanatda Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə telefon əlaqəsi saxladığını bildirib. O, görüşün səmərəli keçdiyini ifadə edib.  Volodimir Zelenski görüşdə hava hücumundan müdafiə sistemi mövzusunun müzakirə olunduğunu bildirib.



Әlaqәli Xәbәrlәr