Yəməndə partlayış, ölən və yaralananlar var

Yəmənin cənubundakı Ebyen şəhərində əvvəlcədən yola yerləşdirilən  partlayıcı qurğunun işə salınması nəticəsində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Cənub Keçid Şurasına tabe olan qüvvələrin 6 üzvü həyatını itirib.

1890666

Cənub Keçid Şurasına tabe olan Cənub Silahlı Qüvvələrinin sözçüsü Muhammed en-Nakib mətbuata verdiyi açıqlamada terror təşkilatı Əl-Qaidə silahlılarının  əvvəlcədən yola yerləşdirdiyi iki partlayıcını işə saldığını bildirib.

Hadisə nəticəsində Cənub Keçid Şurasına tabe olan qüvvələrin 6 üzvünün həyatını itirdiyini, 2 nəfərin də yaralandığını qeyd edən Nakib Əl Qaidənin ötən ay həyata keçirdiyi hücumlarda onlarla əsgərin öldüyünü qeyd edib.

Cənub Keçid Şurası avqustun 22-də Ebyendəki terror təşkilatları ilə mübarizə məqsədilə "Şərq oxları əməliyyatı"na start verdiyini  açıqlayıb.

Әlaqәli Xәbәrlәr