Kiyevdə ardıcıl partlayışlar baş verib

Bu barədə ''Reuters'' xəbər agentliyi məlumat yayıb.

1890406
Kiyevdə ardıcıl partlayışlar baş verib

Ukraynanın paytaxtı Kiyevə törədilən hücumlarda 8 nəfər həlak olub.
Ukrayna Daxili İşlər Nazirliyi Kiyevə edilən son hücumlar nəticəsində 24 nəfərin yaralandığını açıqlayıb.
Açıqlamada Kiyevə atılan raketlərdən birinin təhlükəsizlik xidmətlərinin yerləşdiyi küçəyə düşdüyü, prezident Volodimir Zelenskinin ofisinin də bu ərazidə yerləşdiyi bildirilib.

Zelenski isə paytaxtla yanaşı bəzi  şəhərlərdə baş verən partlayışlardan sonra verdiyi ilk açıqlamasında bu ifadələrə yer verib: "Müharibənin 229-cu günündə bizi məhv etməyə, yer üzündən silməyə çalışırlar. Zaporojyada evlərində yatanları, Kiyevə işə gedənləri öldürdülər". 
Zelenski sözlərinə belə davam edib: "Təəssüf ki, ölənlərimiz və yaralılarımız var. Xahiş edirəm sığınacaqları tərk etməyin".
Kiyev meri Vitali Kliçko Telegram hesabında paylaşım edərək deyib:
"Təhlükə davam edir. Paytaxtın bütün sakinləri sığınacaqlarda qalmalıdırlar. Kiyevin mərkəzi küçələri hüquq-mühafizə orqanları tərəfindən nəqliyyatın hərəkəti üçün bağlanıb, xilasetmə əməliyyatları davam etdirilir". 

Mövzu ilə bağlı açıqlama verən Ukrayna Baş Qərargah rəisi Valeri Zalujniy isə deyib:
“Rusiya bu gün səhər saatlarında  75 raket atıb, onlardan 41-i hava hücumundan müdafiə sistemlərimiz  tərəfindən zərərsizləşdirilib”.
Ukrayna Prezidenti Osifi rəhbərinin müşaviri Mixail Podolyak da Rusiyanın paytaxt Kiyevi qəsdən bombaladığını bildirib.
“Rusiyanın döyüş xəttində döyüşmək imkanı yoxdur, lakin mülki insanları öldürmək qabiliyyəti var”,-deyə Mixail Podolyak deyib:
Podolyak özünün ''Twitter'' səhifəsində yazıb ki, Rusiyanın Dnepr, Zaporojye və  Kiyevin mərkəzini qəsdən bombalaması “Kreml terroru”nun daha bir sübutudur.
Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərinə partlayışlar törədildiyi barədə məlumat  yayıb.



Әlaqәli Xәbәrlәr