Aİ Rusiyanın Kiyevə qarşı hücumlarını pisləyib

Cozep Borrell Aİ-nin Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərdə mülki şəxslərə qarşı hücumlarını pislədiyini açıqlayıb.

1890935
Aİ Rusiyanın Kiyevə qarşı hücumlarını pisləyib

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərdə mülki şəxslərə qarşı hücumlarını pislədiyini açıqlayıb.

C.Borrell "Twitter" hesabında etdiyi paylaşımda Kiyev və digər şəhərlərdə mülki insanlara qarşı hücumlarından dərin sarsıldığını bildirib.

Aİ nümayəndəsi "21-ci əsrdə bu cür hərəkətlərə yer yoxdur. Onları ən sərt şəkildə qınayıram. Biz Ukraynanın yanındayıq. Aİ-dən əlavə hərbi dəstək yoldadır" ifadələrdən istifadə edib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın raket hücumlarından sonra Estoniyadakı Rusiya sərhədinə gedərək Ukraynaya dəstək mesajı verib.

Von der Leyen Estoniyaya səfəri zamanı Rusiya sərhədinə çox yaxın bir nöqtədən Estoniyanın Baş naziri Kaja Kallas ilə video mesaj yayımlayıb:

“Rusiya bir daha dünyaya nümayiş etdirdi ki, o, terroru və vəhşiliyi müdafiə edir” deyə bildirən Von der Leyen hücumlara görə məsuliyyət daşıyanların cavab verməli olduğunu bildirib.

Von der Leyen "Ukraynalılar əyilməyəcək. Ukraynalılar bilirlər ki, biz sona qədər onların yanındayıq" deyib.

Estoniyanın Baş naziri Kallas da videomüraciəti çəkdikləri yerdən bir qədər kənarda Rusiya ərazisinin olduğunu bildirib və deyib: "Biz Aİ-nin şərq sərhədindəyik. Ukraynalılara açıq mesaj göndəririk. Sizi hər cəhətdən dəstəkləyirik".

Ukraynaya hava hücumundan müdafiə sistemi verilməsinin vacibliyinə işarə edən Kallan bu yolla Ukraynanın özünü Rusiyanın hücumlarından qoruya biləcəyini ifadə edib.

Xatırladaq ki, Rusiyanın paytaxt Kiyev başda olmaqla bir çox şəhərə atdığı raketlərin törətdiyi partlayışlarda 9 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın enerji, hərbi və kommunikasiya infrastrukturuna uzun mənzilli yüksək dəqiqlikli silahlarla hücumlar həyata keçirdiklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr