Çin Rusiyaya başsağlığı verdi

Xatırladaq ki, sentyabrın 26-da naməlum adam Rusiyanın Udmurtiya vilayətinin İjevsk şəhərində 88 saylı məktəbə silahlı basqın edib və ...

1885221
Çin Rusiyaya başsağlığı verdi

 

  Çin dövlət başçısı Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə İjevsk şəhərində məktəbə silahlı hücuma görə başsağlığı verib.

  Hadisədən xəbər tutanda sarsıldığını söyləyən S.Cinpin Çin hökuməti və xalqı adından həyatını itirənlər üçün kədərləndiyini, yaxınlarını itirənlərin ailələrinə başsağlığı verdiyini bildirib.

  Xatırladaq ki, sentyabrın 26-da naməlum adam Rusiyanın Udmurtiya vilayətinin İjevsk şəhərində 88 saylı məktəbə silahlı basqın edib. Hücumda 7-si uşaq olmaqla 13 nəfər həyatını itirib, 14-ü uşaq olmaqla 21 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr