“Rusiya qonşusunu işğal etməklə suveren dövləti xəritədən silmək istədi", C.Bayden

ABŞ prezidenti Co Bayden Nyu-Yorkda davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclasında çıxış edib.

1882949
“Rusiya qonşusunu işğal etməklə suveren dövləti xəritədən silmək istədi", C.Bayden

“Rusiya qonşusunu işğal etməklə suveren dövləti xəritədən silmək istədi".

Bunu ABŞ prezidenti Co Bayden Nyu-Yorkda davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclasında etdiyi çıxışda deyib.

C.Bayden çıxışının əvvəlində 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsinə toxunub.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya qonşusunu işğal etməklə suveren dövləti xəritədən silmək istədi", -deyə o qeyd edib.

C.Bayden Rusiya prezidenti Vladimir Putinin nüvə variantı ilə bağlı verdiyi açıqlamaya da işarə edərək bildirib ki, Putin Nüvə Silahlarının Yayılmaması rejimi altında öz öhdəliklərinə açıq-aşkar məhəl qoymayaraq, açıq şəkildə Avropanı nüvə silahı ilə hədələyib, 

O, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini də vurğulayıb.

“Çin heç bir şəffaflıq olmadan misli görünməmiş və narahatlıq doğuran səviyyədə nüvə silahına keçdi”, -deyə o qeyd edib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi də Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı bəyanatını “çox ciddi qəbul etdiklərini” və Rusiyanın nüvə silahının yerləşdirilməsini yaxından izlədiklərini bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Putin dünən (21 sentyabr 2022) dövlət kanallarında yayımlanan xalqa müraciətində nüvə silahına toxunaraq, qismən səfərbərlik elan etdiyini və lazım gəldikdə ixtiyarında olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr