Tacikistan və Qırğızıstan arasında qoşunların sərhəddən çıxarılmasına dair protokol imzalanıb

Tacikistan və Qırğızıstan arasında Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri tərəfindən protokol imzalanıb.

1881967

Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında görüş keçirilib. Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

Görüş zamanı bildirilib ki, sentyabrın 16-da yerli vaxtla saat 16:00-da elan edilən atəşkəsdən sonra hərbi qüvvələrin çıxarılması və vəziyyətin sabitləşməsi üçün protokol imzalanıb.

Taşiyevin görüşdə münaqişə zamanı Tacikistan tərəfindən saxlanılan 4 qırğız əsgərinin azad edilməsini təmin etdiyi bildirilib.

Xatırladaq ki, keçən həftə cümə günü(16 sentyabr 2022) səhər iki ölkənin sərhəd qoşunları arasında toqquşma baş verib.

Qarşıdurmada hər iki tərəfdən itkilər qeydə alınıb.

Әlaqәli Xәbәrlәr