Pakistanda daşqınlar sәbәbindәn 10 milyonadәk insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb

Pakistanda daşqınlar nəticəsində 10 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

1881119
Pakistanda daşqınlar sәbәbindәn 10 milyonadәk insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb

Pakistanda daşqınlar nəticəsində 10 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Şəbəkəsindən verilən bəyanatda   daşqınlar səbəbindən evlərini  tərk etmək məcburiyyətində qalan mülki vətəndaşların  sığınacaqla təmin edilməsi üçün yerli tərəfdaşlarla əməkdaşlıq edildibi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Şəbəkəsinin Sind əyalətinin Thul Tehsil şəhərində  Texniki Əməkdaşlıq və İnkişaf Agentliyi  ilə daşqından zərər çəkmiş ailələrə humanitar yardım edildiyi və Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Şəbəkəsinin yerli təşkilatlarla əməkdaşlıq etdiyi qeyd olunub.

İndiyə qədər ölkə daxilində 10 milyona yaxın insanın daşqınlar səbəbindən  evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

“Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Şəbəkəsi  beynəlxalq tərəfdaşlarını dəstəyi artırmağa çağırır”,-deyə Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Şəbəkəsindən verilən bəyanatda vurğulanıb.

Türkiyenin Fövqəladə Hallar İdarəsi (AFAD) Pakistanın daşqından zərər çəkmiş Sind əyalətində çadır düşərgələri qurmağa başlayıb.

Türkiye Qızıl Aypara Cəmiyyəti sel fəlakətindən zərər çəkən Pakistanda yardım fəaliyyətlərini davam etdirir.

Türkiye Qızıl Aypara Cəmiyyətinin Pakistan üzrə nümayəndə heyətinin rəhbəri İbrahim Karlos Camilo Sind əyalətinin Thatta bölgəsində daşqınlardan zərər çəkmiş insanlar üçün çadırlar qurmağa  davam etdiklərini deyib.

Pakistanda 14 iyundan bəri yağan musson yağışlarının səbəb olduğu daşqınlarda 1500-dən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr