Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarına gəlib.

1880071
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarına gəlib.

Avropa Şurasından verilən yazılı açıqlamada Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirməkdə məsuliyyət daşıyan şəxsləri hədəf alan məhdudlaşdırıcı tədbirlərin müddətinin 15 mart 2023-cü ilə qədər uzadıldığı qeyd edilib. 

“Aİ Rusiyanın mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlarını qətiyyətlə pisləyir və Rusiyanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün qoşunlarını və hərbi texnikasını Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırır”,-deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edib.
Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-də Ukrayna ərazisində əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr